Qızını diləndirən qaraçı qadın: “Məcburuq, çörəyimiz buradan çıxır” - Video

saytların hazırlanması

Evə çatdırılma

Qızını diləndirən qaraçı qadın: “Məcburuq, çörəyimiz buradan çıxır” - Video

Sosial

20 İyul 2019 12:00 1163


Hər gün yolların kənarında görməyə adət etdiyimiz qaraçılar polis əməkdaşlarının davamlı tədbirlərinə baxmayaraq, yenə də küçələrdən yığışmırlar.

"Yeni Sabah" xəbər verir ki, Baku TV-nin əməkdaşları istismara məruz qalan qaraçı uşaqlarından biri ilə həmsöhbət olublar.

Adının Fatimə olduğunu deyən uşaq gündəlik salfet satmaqla qazandığı pulu anasına aparır. Dördpendirli pizza

Azyaşlının xalası, adının Əfsanə olduğunu deyən qadın da qaraçıdır. Ondan uşaq əməyini niyə istismar etdiyini soruşduqda isə cavabı belə olub:

"İmkanım yoxdur, nə edim? Bunu xoşumuza gəlir deyə etmirik, məcburuq, çörəyimiz buradan çıxır”.

Fatimə məktəbə getmədiyini desə də, xalası bunu inkar edib.

Daxili İşlər Nazirliyindən isə bildirilir ki, yalnız qaraçılar deyil, ümumiyyətlə, dilənçilərin şəhər küçələrində olmasına icazə verilmir. Onların kimliyi, yaşadıqları yer polis məntəqələrində müəyyənləşdirilir və onlar evlərinə göndərilir.

Bəzən polis əməkdaşları öz hesablarına avtobus tutur, qaraçıları yaşadıqları rayonlara, əsasən isə məskunlaşdıqları Yevlaxa yola salırlar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!