Qlobal qarşıdurma kəskinləşir

saytların hazırlanması

Evə çatdırılma

Qlobal qarşıdurma kəskinləşir

Dünya

04 Sentyabr 2020 17:06 1324


ABŞ tərəfindən onun maraqları üçün Çinin başlıca təhlükə daşıdığını elan etməsi, Rusiya ilə Qərb arasındakı münasibətlərin əsaslı şəkildə pisləşməsi, dünyanın nüfuzlu güc mərkəzlərinin apardıqları qlobal qarşıdurmanın xeyli kəskinləşməsini nümayiş etdirir. Hadisələrin gedişi dünyanın aparıcı dövlətləri arasında silah yarışının növbəti, daha şiddətli mərhələyə qədəm basması, sanksiyaların tətbiq edilməsinin və ticarət müharibələrinin total xarakter almasına işarə edir.

Xüsusilə, Rusiyaya qarşı növbəti və daha sərt sanksiyaların tətbiq ediləcəyi gözlənilir. Bu ölkənin müxalifət lider Aleksey Navalnı ilə bağlı baş verən olay artıq onun zəhərlənməsi kimi dəyərləndirilib və bununla bağlı Rusiyaya yönəlik bəyanatların artmasına səbəb olub. Bu bəyanatlarda növbəti sanksiyalardan bəhs olunur. 

Siyasi analitiklər hesab edir ki, Rusiyaya qarşı növbəti sanksiyalar supergüclər arasındakı münasibətləri daha kəskinləşdirəcək. Hətta ciddi qarşıdurmaların olacağı ehtimal edilir.  pizza sifarişi

Eyni zamanda bu proseslər dünyanın müxtəlif bölgələrində aparıcı dövlətlərin bilavasitə iştirak etdiyi və ya təsir göstərdiyi dağıdıcı, qanlı “kiçik” müharibələrin baş verməsi, ayrı-ayrı dövlətlərin arası kəsilməyən sabitsizlik, xaos və faktik olaraq çökməsi ilə müşayiət olunur.

XXI əsrin sözügedən reallıqları qlobal düzümünün dərin böhran keçirdiyini, ümumi təhlükəsizlik sisteminin ciddi təhlükə qarşısında durduğunu göstərir. Həmin proseslərin bütün dünyanı və regionları əhatə etdiyi, o cümlədən strateji Avrasiya kəsişməsi və postsovet məkanından da yan keçmədiyi göz qabağındadır.

Ekspertlərin fikrincə, böyük güclər aralarındakı münasibətləri çözmək üçün bu qarşıdurmada tərəf olan kiçik ölkələri poliqona çevirə bilərlər. Belə bir situasiyada balans siyasəti yeritmək və proseslərdən yayınmaq müşküldür. 

Qlobal qarşıdurmanın isə bütövlükdə dünya üçün xoş heç nə vəd etməyəcəyi bildirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!