“Qobu Park-2”də yanğın: 7 nəfər təxliyə olundu

saytların hazırlanması

Evə çatdırılma

“Qobu Park-2”də yanğın: 7 nəfər təxliyə olundu

Hadisə

21 Noyabr 2024 22:57 823


"Qobu Park-2" yaşayış kompleksində baş verən yanğın zamanı 7 nəfər təxliyə edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yenisabah.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, "Qobu Park-2" yaşayış kompleksində çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

"Yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi nəticəsində onmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənmədən və digər mənzillərə keçmədən qısa müddətdə söndürülüb. Dominos pizza

Yanğın nəticəsində ümumi sahəsi 60 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 8 kvadratmetr sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində, biri azyaşlı olmaqla, ümumilikdə 7 bina sakini təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb" ,- məlumatda qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!