Qobustan qəsəbəsində 1 hektar ərazi yandı

saytların hazırlanması

Evə çatdırılma

Qobustan qəsəbəsində 1 hektar ərazi yandı

Hadisə

22 Sentyabr 2024 21:52 643


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qamışlıq sahədə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına, o cümlədən yaxınlıqdakı fərdi yaşayış evləri və məktəb binasına keçməsinə imkan verilmədən söndürülüb. Dördpendirli pizza

Yanğın nəticəsində təxminən 1ha sahədə qamışlıq ərazi yanıb.

Yaxınlıqdakı məktəb binası və fərdi yaşayış evləri yanğından mühafizə olunub. Eyni zamanda, yanğınsöndürənlər tərəfindən 20 baş iribuynuzlu heyvan yanğından xilas edilərək aidiyyəti üzrə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!