“Qoca qitə”nin ən dindar 5 ölkəsi

saytların hazırlanması

Evə çatdırılma

“Qoca qitə”nin ən dindar 5 ölkəsi

Dünya

26 Fevral 2025 16:25 195


Avropada dini inancların güclü olduğu ölkələr əsasən tarixi, mədəni və sosial amillərlə müəyyən edilir. 

Yenisabah.az Avropanın ən dindar hesab edilən 5 ölkəsini təqdim edir:

Polşa pizza mizza

Xüsusilə katolik kilsəsinin güclü təsiri ilə seçilir. Əhalinin əksəriyyəti dindardır və kilsəyə müntəzəm gedir.

Rumıniya

Pravoslav xristianlığın dominant olduğu ölkədə dini inanclar hələ də cəmiyyətin əsas sütunlarından biridir.

Portuqaliya

Katolik ənənələri çox güclüdür və dini bayramlar geniş şəkildə qeyd olunur.

İrlandiya 

Tarixən katolik kilsəsi mühüm rol oynayıb və bu gün də əhalinin böyük bir hissəsi dindardır.

Yunanıstan 

Pravoslav xristianlıq burada dövlət dini statusuna malikdir və əhali arasında güclü dəstəyə sahibdir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!