Qoca Səmədov ürəyindən dördüncü dəfə əməliyyat olunub,   vəziyyəti yaxşı deyil

saytların hazırlanması

Evə çatdırılma

Qoca Səmədov ürəyindən dördüncü dəfə əməliyyat olunub, vəziyyəti yaxşı deyil

Maraqlı

11 Noyabr 2022 12:13 876


Yevlax Şəhər İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Qoca Səmədov dördüncü dəfə ürək və boyun damarlarından əməliyyat olunub.

Bu barədə "Report"a onun vəkili Elnur Vəliyev deyib.

Onun sözlərinə görə, Mərkəzi Gömrük Hospitalında əməliyyat edilən keçmiş icra başçısının hazırda vəziyyəti yaxşı deyil: "Qoca Səmədovun ürəyinə stend qoyulub və ürək damarlarından əməliyyat edilib". Sezar pizza

Xatırladaq ki, Q.Səmədov daha əvvəl ürəyindən üç dəfə əməliyyat olunmuşdu.

Qeyd edək ki, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!