Qocalar evində yanğın olub, ölən var

saytların hazırlanması

Evə çatdırılma

Qocalar evində yanğın olub, ölən var

Kriminal

03 Yanvar 2021 20:52 1047


Çexiyanın şimal-qərbində yerləşən Krupka şəhərində qocalar evində yanğın baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə zamanı təqaüdçü qadın dünyasını dəyişib.

Binada faciə qurbanı da daxil olmaqla 11 sakin olub. Dəm qazından zəhərlənən digər yaşlı yerli xəstəxanaya aparılıb. Toyuqlu pizza

Dərhal hadisə yerinə gələn xilasetmə qrupları yanğının öhdəsindən tez gəliblər. Yanğının səbəbləri polis ekspertləri komissiyası tərəfindən müəyyən edilir.

İlkin məlumatlara görə, hadisədən vurulan maddi ziyan təxminən 195 min avro təşkil edir. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!