Qocalar evlərində dəhşətli işgəncə: “Müfəttişlər ağlayaraq çölə çıxdı”

saytların hazırlanması

Evə çatdırılma

Qocalar evlərində dəhşətli işgəncə: “Müfəttişlər ağlayaraq çölə çıxdı”

Dünya

11 İyun 2025 12:53 424


Bolqarıstanın Ədliyyə naziri Georgi Georgiev ölkədə fəaliyyət göstərən bəzi qocalar evlərində yaşlı insanlara işgəncə verildiyini açıqlayıb. Aparılan yoxlamalar nəticəsində 5 qocalar evində 205 nəfər yaşlının işgəncəyə məruz qaldığı müəyyən edilib.

Yenisabah.az xəbər verir ki, Bolqarıstan Ədliyyə Nazirliyindən verilən məlumata görə,  qeyri-qanuni fəaliyyət göstərən qocalar evlərinə xüsusi əməliyyat təşkil olunub.

Rəsmi açıqlamada qeyd olunub ki, yaşlıların vəziyyətinə dair yayılan fotolar ictimaiyyətdə şok effekti yaradıb. Şəkillərdə bəlli olur ki, baxımsızlıqdan arıqlamış, əldən düşmüş yaşlılar ayaqlarından bağlanaraq, çarpayıların altında saxlanılıb. pizza mizza

Ədliyyə naziri Georgi Georgiev məsələyə münasibət bildirərək deyib:

"Bu qocalar evləri əsl dəhşət evinə çevrilib. Burada insanlar narkotik maddələrlə yatırılıb, çarpayıya bağlanıb və işgəncələrə məruz qalıb".

Nazir həmçinin əlavə edib ki, bəzi yaşlılar xəstəxanaya yerləşdirilib, bəziləri isə daha təhlükəsiz müəssisələrə köçürülüb: "Belə bir vəhşiliyi indiyə qədər heç kim görməyib. Müfəttişlərin bəziləri vəziyyəti görəndən sonra göz yaşları ilə çölə çıxıblar".

Georgiev bildirib ki, həmin qeyri-qanuni qocalar evləri bağlanacaq və ölkə üzrə ciddi yoxlamalar davam etdiriləcək.

Rəvan Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!