Qod Nisanov Azərbaycana 10 təcili tibbi yardım maşını göndərdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Qod Nisanov Azərbaycana 10 təcili tibbi yardım maşını göndərdi - Fotolar

Sosial

08 May 2020 17:00 2034


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində dövlətlə yanaşı, ictimaiyyətin ayrı-ayrı nümayəndələri tərəfindən göstərilən həmrəylik diqqət çəkir.

Yenisabah.az Azərtac-a istinadən xəbər verir ki, dövlət tərəfindən görülən işlərə vətəndaşların növbəti dəstəyi isə Rusiyada yaşayan həmyerlimizdən gəlib. Rusiyada fəaliyyət göstərən iş adamı Qod Nisanovun təşəbbüsü ilə ölkəmizə 10 təcili tibbi yardım maşını göndərilib.

Xüsusi təyyarə ilə Bakıya çatdırılan maşınlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” – TƏBİB-in maddi-texniki bazasının gücləndirilməsi məqsədilə birliyin istifadəsinə verilib. pizza mizza

Hazırda qlobal səviyyədə COVID-19 pandemiyası ilə mübarizə aparıldığı bir dövrdə dövlətlərin və insanların həmrəylik nümayiş etdirməsi yüksək qiymətləndirilir. Çünki bütün zamanlarda hər bir çətinlik və təhlükə birgə səylər nəticəsində dəf olunub. Dünyada yeni növ koronavirus infeksiyasının yayıldığı bir dövrdə də COVID-19 xəstəliyi ilə mübarizə qarşılıqlı dəstək olduqda daha səmərəlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!