“Qohumlar onlara getməməyimiz üçün yalvarırlar...”   – Şimali Kiprdə yaşayan azərbaycanlı jurnalist

saytların hazırlanması

Evə çatdırılma

“Qohumlar onlara getməməyimiz üçün yalvarırlar...” – Şimali Kiprdə yaşayan azərbaycanlı jurnalist

Sosial

27 Aprel 2020 11:10 1387


Bir neçə gün əvvəl Şimali Kipr Respublikası ölkədə koronavirusa yoluxma və infeksiyadan ölüm hallarının sonlandırıldığını açıqlayıb. 

Yenisabah.az xəbər verir ki, 350 min əhalisi olan Kiprdə bugünədək 108 yoluxma halı qeydə alınıb. Təəssüf ki, onlardan 4-ü vəfat edib. 87 xəstə isə sağalaraq evə buraxılıb, hazırda 17 nəfərin müalicəsi davam edir. 

Bildirək ki, vəziyyətin bu qədər ürəkaçan olması ölkədəki önləyici tədbirlər, ciddi karantin qaydalarının tətbiqi və əhalinin ona riayət etməsi ilə izah edilir. Maraqlıdır, Şimali Kiprdə hazırkı vəziyyət necədir? Virus bitdikdən sonra həyat əvvəlki axarına qayıdıbmı?  pizza mizza

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Şimali Kiprdə yaşayan Azərbaycanlı jurnalist Mənsurə Səttarova Evirgen ilk olaraq virusla bağlı öz təəssüratlarını bölüşüb: “Təxminən on il əvvəl məşhur türk doktoru, dermatoloq Türkan Saylan haqqında bir kitab oxumuşdum. Məslək həyatını dünyanın ən qorxulu xəstəliyi olaraq anılan cüzamla mübarizəyə həsr edən Türkan xanımın danışdıqları, verdiyi canlı örnəklər insanın qanını dondurmağa qadir idi. Və o sətirləri oxuyarkən bir neçə il sonra mənim də bu mərhələdən keçəcəyim ağlıma belə gəlməzdi. Beş addımlıq bir məsafədə oturan, hər səhər birlikdə qəhvə içdiyim rəfiqəmlə günlərlə, hətta həftələrlə görüşməyəcəyim, uzaq durduğum internetə hər sabah “insallah, pis bir xəbər yoxdur” deyə saytların, qəzetlərin altını üstünə çevirəcəyim də ağlıma gəlməyəcəklər sırasında idi. Amma bir aydan artıqdır kı, bu ağlıma gəlməyəcəkləri yaşayıram”. 

Həmsöhbətimiz bildirib ki, koronavirus yox olsa da, ölkədə həyati əhəmiyyətli yerlərdən başqa heç bir yer fəaliyyət göstərmir, hətta aprelin 24-dən maska taxmaq məcburi hal alıb: “Şimali Kiprdə ilk COVİD-19 virusu bu ölkəyə tətilə gəlmiş bir alman turistdə aşkar edildi. Martın 10-da məktəblər, universitetlər, ardınca iş yerləri və ölkəyə giriş-çıxış bağlandı. Ötən müddət ərzində ŞKTC-də 108 nəfər bu virusa yoluxub, 4-ü həyatını itirib. Ölənlərdən biri də adı ilk COVID-19-lu olaraq ölkə tarixinə keçən alman turist olub. Marketlər, apteklər, yanacaqdoldurma kimi həyati önəm daşıyan yerlərdən başqa heç bir yer işləmir. Gündüzlər qismən, gecə saat doqquzdan sonra isə küçəyə çıxmaq qəti qadağandır”. 

Jurnalist qeyd edib ki, karantin müddətinin hələlik mayın 4-dək davam edəcəyi açıqlanıb, lakin müddətin uzadılması gözlənilir: “Koronavirüsün Şimali Kiprdə son səviyyəyə gəldiyini bildirən rəsmilər mayın 4-dən etibarən mərhələli olaraq iş yerlərinin açılacağını bildirsə də, prosesin nə qədər davam edəcəyi bəlli deyil. Eyni zamanda həkimlər də ikinci dalğa adı verilən təkrarlama riskinin mövcudluğunu gözardı etməməy çağırırlar. Olduqca çətin bir dönəmdən keçirik. Amma hər şeyə rəğmən həyat davam edir. Evdə qalırıq ve sevdiklerimizi qorumaq üçün onlardan uzaq durmağa çalışırıq. Bir ailə dostumuzun sözleridir. Deyir ki, əvvəllər qohum-əqraba onlara getmədiyimiz üçün şikayet edərdi, indi isə getməyək deyə dil tökürlər”. 

Sayad Həsənli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!