Qohumunun qızıllarını oğurlayan şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Qohumunun qızıllarını oğurlayan şəxs tutuldu

Kriminal

28 Dekabr 2021 09:55 571


Oğuz şəhəri ərazisində fərdi yaşayış evindən qızıl-zinət əşyaları və pul oğurlayan şəxs rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, “Gənclik” küçəsində yerləşən fərdi yaşayış evindən 5 min manat dəyərində qızıl-zinət əşyaları, eləcə də pulun oğurlanması barədə polisə müraciət daxil olub. Müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin rayonun Şirvanlı kənd sakini, zərərçəkmişin qohumu Ramazan Məmmədzadə olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. R.Məmmədzadə ifadəsində əməlini etiraf edib, qızılları oğurladıqdan sonra Bakı şəhərinə getdiyini və orada satdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!