“Manchester City” klubunun oyunçusu İlkay Gündoğan tənqid atəşinə tutulub.
Yenisabah.az xəbər verir ki, ötən gün liqa çərçivəsində “Aston Villa” ilə keçirilən matçda 3:1 qələbə qazanan “şəhərlilər”in heyətində 39-cu dəqiqədə ikinci qolu vuran İ. Gündoğan qol sevincini yaşayıb. Buna görə o, sosial şəbəkələrin Türkiyə seqmentində tənqid və təhqirlərlə üzləşib.
Sosial şəbəkə istifadəçiləri belə bir ağır zamanda Gündoğanın sevinməsini yersiz hərəkət kimi qəbul ediblər. pizza
Xatırladaq ki, Avropada – “Inter”in heyətində legioner həyatı yaşayan daha bir türki futbolçu Hakan Çalhanoğlu da sosial şəbəkələrdə soydaşı İlkay Gündoğan kimi təhqir və tənqidlərlə üzləşib.
Telegram kanalımız