“Qol vursaydıq, rəqib qələbəni pivə ilə bayram etməyəcəkdi” - Canni De Byazi

saytların hazırlanması

Evə çatdırılma

“Qol vursaydıq, rəqib qələbəni pivə ilə bayram etməyəcəkdi” - Canni De Byazi

İdman

16 Oktyabr 2023 23:58 589


“Yaxşı oyun keçirdik. İlk hissədə bacarığımızı göstərə bilmədik. Amma balansı saxlamışdıq və mübarizə aparırdıq”.

Yenisabah.az xəbər verir ki, bu sözləri AVRO-2024-ün seçmə mərhələsinın VIII turunda keçirilmiş Azərbaycan - Avstriya oyunundan sonra təşkil olunan mətbuat konfransında yığmamızın baş məşqçisi Canni De Byazi deyib.

0:1 hesabı ilə məğlub olan komandanın çalışdırıcısı son dəqiqələrdə qol epizodundan yararlana bilmədikləri üçün təəssüfləndiyini bildirib: Dominos pizza

“İkinci yarıda yaxşı oyun gedirdi və bu səbəbdən dəyişikliklərə ehtiyac görmürdük. Güclü komandaya qarşı mübarizə apardıq. Fasilədən sonra penaltidən buraxdığımız qolla məğlub olduq”.

67 yaşlı mütəxəssis futbolçuların nədənsə çəkindiyini söyləyib:

“Avstriya yaxşı komandadır. Amma biz də inkişaf edirik. Sonuncu dəqiqələrdə qol vursaydıq, rəqib qələbəni pivə ilə bayram etməyəcəkdi”.

De Byazi futbolçuların bu gün meydanda güclərini qoyduğunu vurğulayıb:

“Onlardan razıyam. Nəticə fərqli olsaydı, daha çox sevinərdik”. O, Avropa çempionatına qatılmaq üçün Millətlər Liqasında pley-off şanslarının davam etməsi barədə danışıb: “Bizim bəxtimizdəm Yunanıstan da, Lüksemburq da uduzacaq (gülür)”./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!