“Qolumu qaldırmağa halım yoxdur“ - Koronavirusa yoluxan Afaq

saytların hazırlanması

Evə çatdırılma

“Qolumu qaldırmağa halım yoxdur“ - Koronavirusa yoluxan Afaq

Şou

15 Dekabr 2020 17:27 1076


Xəbər verdiyimiz kimi, aparıcı Afaq Gəncəli koronovirus infeksiyasına yoluxub.

Yenisabah.az xəbər verir ki, o, "10-da görüşək" proqramına telefonla bağlanaraq pis olduğunu söyləyib:

"Müalicəm davam edir. Özümü yaxşı hiss etmirəm. Bir gün yaxşı, bir gün pis oluram. Sümüklərim ağrıyır, hərarətim 34-35-ə düşür. Bir gün ancaq öskürdüm və boğuldum. Danışa bilmirdim, bir kəlmə deyəndə boğulurdum. Bilmirdim nəfəs alım, verim. Nəfəs almaq ritmi məndə pozulmuşdu. Çətin keçirirəm. Boğulma və can ağrısı olmasaydı, əla olardı. Yoluxandan on gün sonra xəstəlik məndə büruzə verib. Çox çətin xəstəlikdir, qolunu qaldırmağa halın olmur". Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!