“Qolunuza brilyant taxanda bunun həsrətində olan xanımlar vardı“   - Tolik əsəbləşdi

saytların hazırlanması

Evə çatdırılma

“Qolunuza brilyant taxanda bunun həsrətində olan xanımlar vardı“ - Tolik əsəbləşdi

Şou

23 Oktyabr 2021 10:12 1304


Bir neçə gün əvvəl efirdə pulsuzluqdan gileylənən Əməkdar artist Firuzə İbadova və Gövhər Rzayevaya prodüser Tarix Əliyevdən (Tolik) cavab gecikməyib.

Yenisabah.az xəbər verir ki, “10-da görüşək" proqramında prodüser onların efirdə bu cür danışmasını sərt şəkildə qınayıb:

"Xalqın hesabına qazanmısınız, yığıb özünüzə 2 otaqlı ev ala bilmədiniz? "Pandemiyada qızıllarımı, brilyantımı satıb dolandım" deyir. Bəs, Əməkdar artist, qızılı olmayan nə etsin? Kasıb təbəqə nə etsin? Siz qızılı toylarımızdan, qız məclislərində ifa edib yığmısız. Dar günündə satılacaq nəyinizsə var. Yığmısınız... Siz əyyarlarla brilyant qolunuza taxanda, bunun həsrətində yaşayan xanımlar olub. Firuzə İbadova, Cavanşi müəllim Azərbaycanda ən bahalı avtomobillərlə tanınan sevilən müğənnidir”.  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!