Qonaq getdiyi evdən 13 min apardı

saytların hazırlanması

Evə çatdırılma

Qonaq getdiyi evdən 13 min apardı

Hadisə

12 İyul 2021 12:24 894


Qəbələ Rayon Polis Şöbəsinə Zarağan kəndində yerləşən evlərin birindən 13 min manat pulun oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Ağcabədi rayon sakini Amil Süleymanov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, oğurluq etdiyi evdə qonaq olan A.Süleymanov cinayəti törətdikdən sonra Bakı şəhərinə üz tutub və 13 min manatı burada bir neçə günə öz əyləncəsi üçün xərcləyib. Dördpendirli pizza

Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!