Qonaq getdiyi evdən oğurluq edən qadın saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Qonaq getdiyi evdən oğurluq edən qadın saxlanıldı

Kriminal

26 May 2020 09:54 831


Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qohumunun evindən pul və qızıl zinət əşyaları oğurlayan rayon sakini saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Astara şəhər sakini T. Ağayev polisə müraciət edərək evindən 10000 manat pulun və 1160 manat dəyərində qızıl zinət əşyalarının oğurlandığını bildirib. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun zərərçəkmişin qohumu, rayonun Ərçivan qəsəbə sakini L.Əliyeva olduğu müəyyən edilib. Oğurlanmış pul və qızıl-zinət əşyaları ondan aşkar edilərək maddi sübut kimi götürülüb. Marqarita pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!