Gürcüstanda koronavirusa 1.929 yeni yoluxma qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzi məlumat yayıb.
Son 24 saatda 1.914 nəfər sağalaraq evə buraxılıb, 33 nəfər koronavirusdan vəfat edib. pizza mizza
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların ümumi sayı 611.269-a, ölənlərin sayı isə 8.917-ə çatıb.
Ümumən 582.805 nəfər müalicə olunaraq sağalıb.
Ölkədə aktiv xəstə sayı 19.565 nəfər təşkil edir.
Telegram kanalımız