Qonşuda 8 nəfər koronavirusdan öldü

saytların hazırlanması

Evə çatdırılma

Qonşuda 8 nəfər koronavirusdan öldü

Rəsmi

07 May 2022 16:30 455


İranda ötən sutka ərzində 270 nəfər koronavirusa yoluxub, 8 nəfər dünyasını dəyişib.

Yenisabah.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyindən bildirilib.

Bununla da İranda virusdan ölənlərin sayı 141 165, yoluxanların sayı isə 7 234 701 nəfərə çatıb. Virus daşıyıcılarından 916 nəfərin vəziyyəti ağır qiymətləndirilir. pizza hut

Qonşu ölkədə indiyədək 7 002 258 nəfər koronavirusdan sağalıb, 51,4 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 149 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,4 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 57,6 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 27,1 milyon təşkil edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!