İranda ötən sutka ərzində 1 256 nəfər koronavirusa (COVID-19) yoluxub, 52 nəfər ölüb.
Yenisabah.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.Bununla da İranda bu virusdan ölənlərin sayı 139 662 nəfərə, yoluxanların sayı isə 7 141 289 nəfərə çatıb. Virus daşıyıcılarından 1 936 nəfərin vəziyyəti ağır qiymətləndirilir.Ölkədə indiyədək 6 828 714 nəfər koronavirusdan sağalıb, 48,8 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 146 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 63,7 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 56,5 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 25,7 milyon təşkil edir. Toyuqlu pizza
Telegram kanalımız