Qonşuların fişəngə görə döydüyü oğlandan xəbər var

saytların hazırlanması

Evə çatdırılma

Qonşuların fişəngə görə döydüyü oğlandan xəbər var

Sosial

27 Avqust 2019 12:10 1010


Daxili İşlər Nazirliyi avqustun 25-də gecə saat 1 radələrində Binəqədi rayonunun A.Məmmədov küçəsində pirotexniki vasitə partladan şəxslə bağlı məlumat yayıb. 

DİN Mətbuat Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, sakinləri narahat edən həmin şəxs ərazidə xidmət aparan 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini E.İsmayıllı olduğu müəyyən edilib.

E.İsmayıllı barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib. Pepperoni pizza

Xatırladaq ki, sözügedən şəxs bu üsulla sevdiyi qıza sürpriz etmək istəyib. Amma bu, bina sakinlərinin narazılığına səbəb olub. Fişənglərin səsindən narahat olan sakinlər həmin şəxsi döyüblər.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!