Qonşusuna məxsus yarımtikilidə narkotik yetişdirdi

saytların hazırlanması

Evə çatdırılma

Qonşusuna məxsus yarımtikilidə narkotik yetişdirdi

Kriminal

30 İyul 2020 10:33 616


Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, alqı-satqısına qarşı mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) rayon sakini, 37 yaşlı, əvəllər məhkum olunmuş Səbuhi Səmədovun qonşusu C.Əhmədova məxsus yaşayış olmayan yarımtikilinin içərisində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib becərməsi barədə məlumat daxil olub. 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yarımtikilidən kultivasiya yolu ilə becərilmiş yaş halda ümumi çəkisi 5 kq olan 10 ədəd çətənə kolu açkar olunaraq götürülüb. Marqarita pizza

Götürülən maddi sübutlar bioloji ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!