Qonşusunu öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi

saytların hazırlanması

Evə çatdırılma

Qonşusunu öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi

Kriminal

20 Mart 2021 19:37 1061


Tərtər rayonunda qətl törətməkdə təqsirləndirilən Nail Hümbətovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Yenisabah.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Elmin Rüstəmovun icraatına verilib. Dördpendirli pizza

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 2020-ci il mayın 8-də Tərtər şəhərinin Cavanşir küçəsində yaşayan A.Hümbətov Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” xidmətinə müraciət edərək yaşadığı evin yaxınlığında kişi meyiti olduğu barədə məlumat verib.

İlkin araşdırma zamanı müəyyən olunub ki, Tərtər sakini, 1980-ci il təvəllüdlü Zeynalov Xətai Sabir oğlu mayın 8-i gecə saatlarında qonşusu Hümbətov Naib Nadir oğlu tərəfindən bıçaqlayaraq öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Daha sonra Nail Hümbətov saxlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!