Bərdə sakini münaqişə zəminində tüfəngdən açıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə sentyabrın 6-da Bərdə rayonunun Dəymədağıldı kəndi ərazisində baş verib.
Kənd sakini Y.Kərimovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə qonşusu A.Əliyevə topuq nahiyəsinə xəsarət yetirməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. pizza sifarişi
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan lüləsi və qundağı kəsilmiş “İJ” markalı ov tüfəngi götürülüb.
Telegram kanalımız