Qonşusunun 1 500 manatlıq qoyunlarını oğurladı

saytların hazırlanması

Evə çatdırılma

Qonşusunun 1 500 manatlıq qoyunlarını oğurladı

Kriminal

09 Sentyabr 2020 17:55 883


İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində avqust və sentyabr aylarında həmkəndlisinə məxsus xirdabuynuzlu heyvanları oğurlayan şəxs müəyyən edilərək saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, İmişli rayon, Göbəktala kənd sakini H.Əliyev RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus xırdabuynuzlu heyvanlarının oğurlanması barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi, əvvəllər məhkum edilmiş İbrahim İsmayılov saxlanılıb. pizza

Araşdırmalarla onun 12 baş qoyun oğurlamaqla şikayətçiyə 1 500 manatdan artıq ziyan vurduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

 

Faktla bağlı İmişli RPŞ-də araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!