Qonşusunun evində oğluna toy etdi, polis gəldi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Qonşusunun evində oğluna toy etdi, polis gəldi - Foto

Hadisə

07 Mart 2021 14:25 902


Masallıda gizli təşkil olunan toy mərasimi aşkarlanıb.

DİN-dən verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı Masallı şəhər sakini İ. Vəliyevin karantin rejiminin qaydalarını pozaraq qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin məclisdə iştirak edənlərə bir daha karantin rejiminin qaydaları izah olunub. Marqarita pizza

13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən qanunamüvafiq tədbirlər görülüb.

/Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!