“Qonşuya pay göndərmişəm” - Kamilə Əliyeva

saytların hazırlanması

Evə çatdırılma

“Qonşuya pay göndərmişəm” - Kamilə Əliyeva

Maraqlı

08 İyul 2022 16:57 1364


"Müqəddəs Qurban bayramında hər il ənənəmə sadiq qalaraq qurban kəsib imkansız ailələrə, qohum-əqrəbaya, qonşuya pay göndərmişəm”.

Bunu Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əıiyeva deyib. 

O əlavə edib: “Bunu yalnız deputat seçildiyim zamanlar deyil, vəzifəyə gəlmədən öncə də hər zaman etmişəm. Lakin “sağ əlin verdiyini sol əl bilməməlidir” deyiminə sadiq qalaraq yardımları sosial şəbəkədə paylaşmağı sevmirəm. Həmişə bu cür hərəkətlərin əleyhinə olmuşam”. Sezar pizza

K. Əliyeva vurğulayıb: “Bu bayramın mahiyyəti yardıma ehtiyac olanlara yardım etməkdir, çəkib reklam xətrinə sosial şəbəkədə xal qazanmaq deyil".

Nəsimi Ələsgərli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!