Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi Mixail Qorbaçovun ölümü Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb.
Ona SSRİ-ni dağıtdığı üçün rəhmət oxuyanlarla yanaşı, 20 Yanvar faciəsinə görə lənət oxuyanlar da var.
Yenisabah.az-a açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn mövzuya münasibət bildirib: pizza sifarişi
“Qorbaçov Komunist Partiyasının lideri olub və özündən sonrakıların fikirlərinə baxmayaraq, məncə, SSRİ-ni axıra qədər qoruyub və qorumağa çalışıb.
O, azərbaycanlıların yaddaşında qanlı yanvar hadisələri və Qarabağ məsələsi ilə qalıb.
Buna görə də o tarixə Azərbaycanın dostu deyil, düşməni kimi, mənfi obraz kimi düşüb.
Ancaq ona münasibəti həm də, Qarbaçovun adı ilə bağlı olan “prestroyka” islahatları, ölkənin demokratikləşməsi formalaşdırıb. Nəticə etibarı ilə azadlıq hərəkatlarına rəvac verməsi ilə bağlı müsbət dəyərləndirmələr də var.
Hər iki mövqedə müəyyən tarixi həqiqətlər olmamış deyil”.
Nəsimi Ələsgərli
Telegram kanalımız