Qorilla da koronavirusa yoluxdu - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Qorilla da koronavirusa yoluxdu - VİDEO

Dünya

13 Yanvar 2021 07:19 773


Dünyada ilk dəfə qorillalarda koronavirusa yoluxma qeydə alınıb.

Bu barədə “ABC 7” məlumat verir. Bildirilir ki, ABŞ-ın San Dieqo şəhərində zooparkda səkkiz heyvanda virus aşkarlanıb. Safari parkın nümayəndələri heyvanların bəzilərinin öskürək və digər xəstəlik əlamətləri göstərdiyini qeyd edirlər.

Güman edilir ki, primatlar simptomsuz formada koronavirus keçirən işçidən yoluxublar. Toyuqlu pizza

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin Milli Baytarlıq Xidməti laboratoriyası da qorillaların virus testinin cavabının müsbət olduğunu təsdiqləyib.

Xatırladaq ki, bundan əvvəl Danimarkada su samurlarında koronavirus müəyyən edilmişdi. Bundan sonra hökumət 17 milyon su samurunun məhv edilməsi barədə qərar verib.

Ancaq qətl qeyri-humanist üsulla həyata keçirilib. Belə ki, heyvanların çoxu qaz kamerasında sağ qalıb. Bundan sonra onlar krematoriyada diri-diri yandırılıblar. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!