Qoruğda ov edən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Qoruğda ov edən şəxs saxlanıldı

Maraqlı

10 Yanvar 2023 13:22 628


Korçay Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qoruğun ərazisində ov edən şəxs saxlanılıb. 

Yenisabah.az-ın xəbərinə görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, araşdırma zamanı brakonyerin Goranboy rayon sakini Emil Əsgərov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunan ov alətləri götürülüb. 

“Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı isə milli parkın ərazisində mühafizə rejimini pozan Masallı rayon sakini Müqəddəs Şahbazov saxlanılıb”.  Sezar pizza

Xidmət rəsmisinin sözlərinə görə, hər iki faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!