Qorxmaz Həsənəliyev qonşusunu ov tüfəngi ilə öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Qorxmaz Həsənəliyev qonşusunu ov tüfəngi ilə öldürdü

Kriminal

17 İyun 2021 12:31 950


Yevlax rayonunda qətl törədən şəxsin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

Bu barədə Yenisabah.az-a Yevlax Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 2020-ci il fevralın 21-də rayonun Qaraoğlan kənd sakini Xəyal Səfərovun üzərində odlu silah yarası xəsarəti olan meyitinin aşkar edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. pizza

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin qonşusu Qorxmaz Həsənəliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xəyal Səfərova iki dəfə ov tüfəngi ilə atəş açmaqla onu qəsdən öldürüb.

Qorxmaz Həsənəliyev Cinayət Məcəlləsinin 120.1-ci (adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!