Qorxu içində olan Köçəryan:  “Mən dəhlizə qarşı deyiləm, amma...”

saytların hazırlanması

Evə çatdırılma

Qorxu içində olan Köçəryan: “Mən dəhlizə qarşı deyiləm, amma...”

Rəsmi

07 İyun 2021 13:07 1543


“Meğri dəhlizi”ndən danışarkən, Türkiyə və Azərbaycan çox geniş hədəfləri nəzərdə tuturlar”.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu “Ermənistan” seçki blokunun rəhbəri Robert Köçəryan bildirib.

Onun sözlərinə görə, əslində, tranzit-nəqliyyat xətlərinin açılmasının tərəfdarıdır. “Bu yolların açılmasına qarşı olma anormal olardı. Ancaq “dəhliz” sözü məni narahat edir. Çünki Azərbaycanda və Türkiyə üçün “dəhliz” sözünün nə demək olduğunu bilirəm. Əgər onlar hər kəs üçün deyil, yalnız Ermənistan ərazisindən keçən bir dəhlizdən danışırlarsa, bu dayanmaq və nə demək istədiklərini soruşmalı olduğumuza dair siqnaldır. Onların anlayışlarına görə, bu, Ermənistanın dəhliz ərazisindəki suverenliyini məhdudlaşdırmaq və həmin dəhlizdə səlahiyyətlərini möhkəmləndirmək deməkdir. Bu, qəbul edilə bilməz. Buna görə deyirik, bəli, bütün yollar açılmalıdır və bu, hamı üçün faydalıdır. Müasir dünyada blokadalar yaxşı bir şey deyil. Ancaq sizin dediyimiz variant problemlidir. Azərbaycan və Türkiyənin geniş hədəfləri var: əvvəlcə dəhliz, sonra daha böyük, sonra daha da çox və nəticə etibarilə bölgə sakinləri üçün ciddi bir təhlükəsizlik problemi ortaya çıxacaq". pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!