Qorxulu yuyucu toz xəbərdarlığı! Bu xəstəliyin ən böyük səbəbi...

saytların hazırlanması

Evə çatdırılma

Qorxulu yuyucu toz xəbərdarlığı! Bu xəstəliyin ən böyük səbəbi...

Sağlamlıq

09 İyul 2024 14:50 2465


Türkiyəli həkim-dietoloq Canan Karatay sağlamlıqla bağlı açıqlamaları ilə yenidən gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, “Karatay Söz" adlı "YouTube" kanalında tez-tez videolar paylaşan professor videolarının birində yuyucu vasitələrdə olan təhlükədən danışıb.

Bu dəfə Haşimoto xəstəliyindən (Autoimmun tiroidit) danışan Canan Karatay xüsusilə təmizliyə aludə olan şəxslərə yuyucu vasitələrdə olan maddə ilə bağlı xəbərdarlıq edib. Pepperoni pizza

Haşimoto qalxanabənzər vəzin funksional yetməzliyinə ən çox səbəb olan xəstəlikdir.

 Canan Karatay yuyucu tozların zərərini izah edib:

“Xanımların istifadə etdiyi yuyucu vasitələr, dezinfeksiyaedici maddələr bədənə yodun girməsinə mane olur. Bu zaman tiroid istehsal edən hormonlar və hüceyrələrdə bir reaksiya meydana gəlir.

Xüsusilə həddindən artıq vasvası qadınlarda bunu çox görürük.

Ən əhəmiyyətli əlamətlərdən və diaqnozlardan biri hər zaman xəstələrimdə gördüyüm, Türkiyədə çox rast gəlinən yod çatışmazlığıdır. Yod sidikdə yoxlanılmalıdır. Yodun az olmasının səbəbi diş məcununda olan bromid, xlorid və ftor zəhərlənməsidir”.

Şeyla Səmiyeva 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!