ABŞ-ın Massaçusetts əyalətinin “Provincetown” sahillərində qorxunc hadisə yaşanıb.
Yenisabah.az xəbər verir ki, Maykl Pakkard adlı şəxs xərçəng toplamaq üçün dənizə girərkən bir balinanın mədəsinə düşməkdən son anda xilas olub.
Məlumata görə, o, dənizdə balina ilə üzbəüz qalıb, daha sonra balinanın ağzını açması nəticəsində müqavimətini itirərək onun ağzına girib, 30-40 saniyə sonra isə balina tüpürərək onu dənizə geri atıb. Dominos pizza
40 illik dalğıc karyerası olan Pakkard belə bir təcrübəni ilk dəfə yaşadığını dilə gətirib.
Telegram kanalımız