“Qoy Saakaşvili gəlsin“ - Paytaxt meri

saytların hazırlanması

Evə çatdırılma

“Qoy Saakaşvili gəlsin“ - Paytaxt meri

Rəsmi

28 Sentyabr 2021 16:58 1765


“Mixeil Saakaşvili gəlsə ona qarşı müvafiq reaksiya veriləcək”.

Yenisabah.az Gürcüstanın “Birinci kanal"ına istinadla xəbər verir ki, bu barədə Tbilisi meri və sabiq futbolçu Kaxa Kaladze jurnalistlərə açıqlamasında bildirib.

Kaladze bildirib ki, Mixeil Saakaşvilinin Gürcüstana gəlib-gəlməyəcəyi onun üçün maraqlı deyil: Dominos pizza

“Biz onu gözləyirik. İnsanlar açıq şəkildə onu salamlayır, gəlişini alqışlayır və əgər o gəlsə, müvafiq dövlət strukturları onu qarşılayacaqlar. Onu da deyim ki, Saakaşvilinin gəlib-gəlməyəcəyi mənim üçün heç də maraqlı deyil. Gəlsə, bunun ardınca müvafiq reaksiya da olacaq və biz bunları görəcəyik. O gəlsə də, gəlməsə də, ölkə yaşamağa davam edəcək. Gələcəklə bağlı bir çox layihələr planlaşdırılır. Tbilisidə yenidənqurma və iş yerlərinin inkişafı prosesində yeni addımlar atılacaq. İnsanlar hazırda bununla maraqlanır. Biz Saakaşvilinin gəlməyinə çox şad olarıq, çünki Gürcüstana qayıtsa, törətdiyi cinayətlərə görə cavab verməli olacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!