Qran-pri: Azərbaycan cüdoçuları ikinci yarış gününü medalsız başa vurdular

saytların hazırlanması

Evə çatdırılma

Qran-pri: Azərbaycan cüdoçuları ikinci yarış gününü medalsız başa vurdular

İdman

19 Avqust 2023 15:48 764


Azərbaycanın daha iki cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə çıxışını başa vurub.

“Report”un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən Rəşid Məmmədəliyev Faye Niyeyə (Qambiya) qalib gəlsə də, Antonio Arandaya (İspaniya) uduzub.

Qadınların yarışında 70 kq-dakı Südabə Ağayeva ilk görüşündə Luana Karvalyoya (Braziliya) yenilib. Dominos pizza

Qeyd edək ki, ötən gün Əhməd Yusifov (60 kq) gümüş medal qazanıb. Nazir Talıbov (60 kq), Kəramət Hüseynov, Kamran Süleymanov (hər ikisi 66 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) medal qazana bilməyiblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!