Qriqoryan: Demilitasiya üçün hər iki tərəfdə stimul var

saytların hazırlanması

Evə çatdırılma

Qriqoryan: Demilitasiya üçün hər iki tərəfdə stimul var

Dünya

13 Noyabr 2025 09:28 397


Ermənistan və Azərbaycan arasında avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşma delimitasiya prosesinin davam etdirilməsi üçün ikitərəfli stimul yaradıb.

“Yeni Sabah” armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib.

"Qlobal mənada, əlbəttə, 8 avqust hadisələri dərhal delimitasiya prosesinin davam etdirilməsi üçün ikitərəfli stimul yaratdı. Əslində, müzakirə olunan da budur. Bundan əlavə, infrastrukturun statusu ilə bağlı danışıqlar daha da konkretləşdi. İstisna deyil ki, TRIPP infrastrukturunun inkişafına töhfə vermək üçün fövqəladə əsasda müəyyən bölmələri növbədənkənar delimitasiya edəcəyik", - deyə Qriqoryan vurğulayıb. pizza sifarişi

Baş nazirin müavini iki ölkənin sərhəd delimitasiyası komissiyalarının bu prosesi davam etdirəcəyinə əmindir. O bildirib ki, azərbaycanlı vəzifədaşları ilə əlaqələr davam edir.

Mqer Qriqoryan sentyabrda keçirilmiş qarşılıqlı səfərləri xatırladıb, bu, TRIPP-lə bağlı olub: "Əlaqələr konstruktiv xarakter daşıyır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!