Qriqoryan Əliyevin bəyanatından məmnunluğunu bildirdi

saytların hazırlanması

Evə çatdırılma

Qriqoryan Əliyevin bəyanatından məmnunluğunu bildirdi

Dünya

21 Oktyabr 2025 15:56 227


Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Azərbaycan prezidenti İlham Əliyevin Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını alqışlayıb.

Yenisabah.az armenpress-ə istinadla xəbər verir ki, o, azərbaycanlı və qazaxıstanlı vəzifədaşlarının səylərini və bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirib.

"Təbii ki, mən Azərbaycan Respublikası Prezidentinin Ermənistana yükdaşımalara qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarından məmnunam və alqışlayıram. Bu addım regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi, sülh gündəminin irəliləməsi baxımından böyük əhəmiyyət kəsb edir. Mən azərbaycanlı və qazaxıstanlı vəzifədaşalrımın səylərini və bu istiqamətdə gördükləri işləri yüksək qiymətləndirirəm". pizza sifarişi

Xatırlatma: Ermənistan Respublikasının baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan da Azərbaycan Prezidentinin bəyanatını alqışlayaraq bəyanat yayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!