Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan Rusiya xarici işlər nazirinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.
Yenisabah.az xəbə verir ki, bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
A.Qriqoryan sentyabrın 13-də gecə yarısı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə dair məlumatı həmsöhbətinə çatdırıb. pizza
Onlar Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı məsələlərin geniş spektrini də müzakirə ediblər.
Telegram kanalımız