Qriqoryan İrəvanda Patruşevlə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Qriqoryan İrəvanda Patruşevlə görüşdü

Rəsmi

17 İyun 2022 11:03 1151


Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan KTMT Təhlükəsizlik Şurası Katibləri Komitəsinin növbəti iclasında iştirak etmək üçün İrəvana gələn Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb.

Yenisabah.az "Armenian News"a istindla xəbər verir ki, görüşdə Qriqoryan iki ölkənin təhlükəsizlik şuralarının ofisləri arasında əməkdaşlığın genişləndirilməsi üçün bütün lazımi imkanların və ilkin şərtlərin olduğuna əmin olduğunu bildirib.

İkitərəfli əməkdaşlıq çərçivəsində həmsöhbətlər təhlükəsizliklə bağlı geniş spektrli məsələləri müzakirə ediblər. pizza hut

Nikolay Patruşev Ermənistanın Rusiyanın strateji əhəmiyyətli tərəfdaş dövlət olduğunu və Moskvanın regional təhlükəsizliyin təmin edilməsi proseslərində Ermənistanı dəstəklədiyini vurğulayıb.

Armen Qriqoryan rusiyalı həmkarına regional təhlükəsizlik baxımından vəziyyəti, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti, delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının işini, eləcə də Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi prosesini təqdim edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!