Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, tərəflər regional təhlükəsizliklə bağlı bir sıra məsələləri müzakirə ediblər. Qriqoryan Ermənistanın Cənubi Qafqazda təhlükəsizlik problemlərinin həlli və regionda sabitliyin qorunması ilə bağlı baxışını təqdim edib.
Həmçinin, regional iqtisadi və humanitar məsələlərdə Gürcüstanın vasitəçiliyinin perspektivləri müzakirə olunub. pizza
Telegram kanalımız