Qriqoryan rəsmi Bakıya təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

Qriqoryan rəsmi Bakıya təşəkkür etdi

Dünya

05 Noyabr 2025 12:06 197


Ermənistan hökuməti Rusiyadan buğda daşıyan qatarın Azərbaycan ərazisindən keçməsində rəsmi Bakının göstərdiyi səyləri yüksək qiymətləndirib və təşəkkür edib.

"Yeni Sabah" xəbər verir ki, Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan yaxın zamanda qatarın Ermənistana çatacağını bildirib:

"Hazırda qatar Gürcüstan ərazisinə daxil olur və tezliklə Ermənistana çatacaq. Bu fürsətdən istifadə edərək, azərbaycanlı və rusiyalı vəzifədaşlarımın bu istiqamətdə gördüyü işi yüksək qiymətləndirdiyimi qeyd etmək istərdim. Bu hadisə qarşılıqlı etimadın gücləndirilməsi və sülh gündəliyinin irəlilədilməsi üçün böyük əhəmiyyət kəsb edir". Toyuqlu pizza

Xatırladaq ki, Ermənistana yük daşınmasına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılmasından sonra ümumi çəkisi 1048,8 ton olan 15 vaqon buğda daşıyan qatar Rusiyadan Azərbaycan və Gürcüstandan keçməklə Ermənistana yola düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!