“Ermənistanla Azərbaycanın razılaşdığı bircə məqam var ki, o da Vyana Konvensiyası çərçivəsində diplomatik münasibətlər qurmaqdır”.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
O, Azərbaycan tərəfinin sülh müqaviləsi ilə bağlı təqdim etdiyi sonuncu variantla bağlı bildirib ki, Ermənistan hələ əks-təkliflər təqdim etməyib. pizza sifarişi
Qriqoryan danışıqların xüsusiyyətlərini nəzərə alaraq, təfərrüatların açıqlanmayacağını vurğulayıb.
“Kədərli bir şey deməliyəm, amma razılaşmanın olduğu bir məqam var. O məqam Vyana Konvensiyası çərçivəsində diplomatik əlaqələrin qurulmasıdır. Bütün digər məqamlar üzrə isə dəqiq razılaşma yoxdur”, – deyə Qriqoryan qeyd edib.
Telegram kanalımız