Qriqoryandan həyasız bəyanat: “Hələ ilyarım vaxtımız var“

saytların hazırlanması

Evə çatdırılma

Qriqoryandan həyasız bəyanat: “Hələ ilyarım vaxtımız var“

Rəsmi

30 İyun 2022 16:13 1456


"Berdzor (Laçın) və Ağavno (Zabux) ilə bağlı məsələlər noyabrın 9-dan "Artsax" tərəfdaşları ilə müzakirə olunur".

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətin iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, bununla bağlı "Artsax hakimiyyəti" işləyir: pizza sifarişi

“Yol və sakinlər üçün həll yollarını tapmaq üçün hələ vaxtımız var. Demək olar ki, 1,5 ilə yaxındır, "Artsax hökuməti" ilə işləyəcəyik və həll yollarını tapacağıq”.

Sülh gündəliyindən danışan Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, hər şey o qədər də sadə deyil.

“Biz çətinliklərin fərqindəyik, lakin eyni zamanda başa düşürük ki, regionumuzda uzunmüddətli təhlükəsizliyi təmin etməyin yeganə mümkün yolu dinc gündəmdən keçir. Biz bu istiqamətdə işi davam etdirəcəyik, lakin başa düşürük ki, bu, təkcə Ermənistandan asılı deyil”, - deyə Qriqoryan vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!