Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) baş direktoru Rafael Mariano Qrossi oktyabrın 4-5-də Ermənistanda işgüzar səfərdə olacaq.
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Qrossi İrəvana xarici işlər naziri Ararat Mirzoyanın dəvəti ilə gəlir. Dördpendirli pizza
Səfər zamanı baş direktoru Ermənistan prezidenti, baş naziri, ərazi idarəetmə və infrastruktur naziri və səhiyyə naziri qəbul edəcək.
IAEA rəhbəri, həmçinin Ermənistan Atom Elektrik Stansiyasına, Fanarcyan Milli Xərçəng Mərkəzinə baş çəkəcək və İrəvan Dövlət universitetinin tələbələri üçün mühazirə oxuyacaq.
Telegram kanalımız