“Qrupdakı vəziyyətimiz rahat çıxış etməyimizə zəmin yaradır” - Canni De Byazi

saytların hazırlanması

Evə çatdırılma

“Qrupdakı vəziyyətimiz rahat çıxış etməyimizə zəmin yaradır” - Canni De Byazi

İdman

11 Oktyabr 2021 21:33 984


"Son oyunla müqayisədə heyətdə müəyyən dəyişikliklər olacaq. Cəmi 3 gün əvvəl oyun keçirmişik. Daha hazırlıqlı olanlar oynayacaq. Təbii ki, daha dəqiq bugünkü son məşqdən sonra bilinəcək".

Yenisabah.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Serbiyaya qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis üzərində hər hansı təzyiq hiss etmədiyini bildirib: "Adətən qrupda ilk yerdə gedən komandalar təzyiq hiss edir. Bizim qrupdakı mövcud vəziyyətimiz bir qədər rahat çıxış etməyimizə zəmin yaradır". pizza

65 yaşlı baş məşqçinin sözlərinə görə, oyun ərzində elə zərbələr olur ki, dəf olunması çətindir: "Öncə qapımıza çox zərbə vurmağa imkan verməməliyik. Həyatda və futbolda hər şey bir günə həll olunmur. Bunun üçün müəyyən qədər vaxta ehtiyac var. Doğru yolda olduğumuza inanmaq və irəliləmək lazımdır. Gənc komandamız var. Bu uşaqlardan gələcəkdə yaxşı nəticə gözləyə bilərik".

Qeyd edək ki, oktyabrın 12-də oynanılacaq Serbiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!