“Qrupdan çıxmaq şansımız var“   - Millinin baş məşqçisi

saytların hazırlanması

Evə çatdırılma

“Qrupdan çıxmaq şansımız var“ - Millinin baş məşqçisi

İdman

08 Dekabr 2020 09:35 750


"Bu qrupda 5-ci səbətdən gələn komandayıq və bunu vurğulamaqla yeni nəsə demiş olmuruq".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Azərbaycan A qrupunda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birgə yer alıb. İtaliyalı mütəxəssis bildirib ki, seçmə mərhələ oyunlarınadək qalan 4 aylıq müddətdən hazırlıq üçün səmərəli istifadə etmək lazımdır: pizza mizza

"Albaniya millisinin baş məşqçisi çalışdığım dövrdə, Avro-2016-nın seçmə mərhələsində Portuqaliya və Serbiya milli komandaları ilə qarşılaşmışam.

UEFA Millətlər Liqasında keçirdiyimiz oyunlardan düzgün nəticə çıxara bilsək, orada qazandığımız təcrübədən düzgün yararlana bilsək, hesab edirəm ki, yaxşı oynamaqla qrupda şansımız ola bilər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!