Qrupu xalsız başa vuran millimiz də final mərhələsinə vəsiqə qazandı

saytların hazırlanması

Evə çatdırılma

Qrupu xalsız başa vuran millimiz də final mərhələsinə vəsiqə qazandı

İdman

13 Yanvar 2020 13:41 1109


Avropa Voleybol Konfederasiyası 2021-ci ildə qadınlar və kişilər arasında keçiriləcək Avropa Çempionatının final mərhələsində iştirak edəcək komandaların adlarını açıqlayıb. 

“Yeni Sabah” xəbər verir ki, qadınlardan ibarət Azərbaycan millisi də bu mərhələdə yer alacaq.

Siyahı aşağıdakı kimidir. pizza mizza

Kişilər

Polşa, Çexiya, Finlandiya, Estoniya (ev sahibləri)

Serbiya, Sloveniya, Fransa, Rusiya, İtaliya, Ukrayna, Almaniya, Belçika.

Qadınlar

Serbiya, Bolqarıstan, Xorvatiya, Rumuniya (ev sahibləri)

Türkiyə, İtaliya, Polşa, Niderland, Almaniya, Rusiya, Belçika, Azərbaycan.

Qeyd edək ki, Qadın voleybolçular arasında Niderlandda keçirilən Avropa Olimpiya Təsnifat turnirində qrup mərhələsində 3 oyuna 0 xal toplayan millimiz Avropa çempionatına vəsiqə qazana bilməmişdi. Lakin ilk “səkkizliy”ə düşməyərək 10-cu yerdə qərar tutan komandamız üçün şans yaranıb. Belə ki, millimizi qabaqlayan 9 ölkədən ikisi ev sahibləri sırasında olduğundan Azərbaycan voleybolçuları sonuncu – 8-ci vəsiqəyə yiyələniblər. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!