Quba məscidinin axundu hakim qarşısında - Səbəb 

saytların hazırlanması

Evə çatdırılma

Quba məscidinin axundu hakim qarşısında - Səbəb 

Kriminal

08 May 2020 11:30 3511


Qubada yerləşən məscidlərin birindən xalça oğurlayan qızın məhkəməsi başlayıb. 

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirləndirilən Babayeva Lalə Adgözəl qızının məhkəmə prosesinə hakim İlqar Məmmədov sədrlik edir. Cinayət işində zərərşəkmiş qismində "Ağ Məscid"in axundu Əfəndiyev Elnur Elmar oğlu tanınıb. Xatırladaq ki, ötən ilin avqust ayında Quba Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən "Ağ Məscid" məsciddən xalçaların oğurlanması barədə məlumat daxil olub. 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib. Peşəkarlıqla aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məscidə məxsus xalçaların Şabran rayon Günəşli kənd sakini Lalə Babayeva tərəfindən oğurlandığı müəyyən edilib. İlkin dindirilmə zamanı L.Babayeva tutduğu əməli etiraf edərək, gecə saatlarında məsciddə heç kimin olmadığı vaxtda xalçaları oğurladığını bildirib.  pizza sifarişi

Azər İsrafilov

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!