Quba polisi əməliyyat keçirdi: 2 nəfər saxlanıldı   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Quba polisi əməliyyat keçirdi: 2 nəfər saxlanıldı - Foto

Kriminal

29 Avqust 2022 11:34 1328


Quba  Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında  şübhəli bilinən rayon sakinləri  Amil Hüseynov və Samir İslamov saxlanılıblar.

Həmin şəxslərin üzərlərinə, evlərinə və avtomobilinə  baxış keçirilən zaman  külli miqdarda narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin  aşkar olunaraq götürülüb. Dördpendirli pizza

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin  barəsində həbs qətimkan tədbiri seçilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!